lənət sənə, kor şeytan!

damn it! / dash it! / drat it! / curse it! / damn! / dammit! тьфу (ты) пропасть (чёрт)! / чёрт! / чёрт побери!
lənət (kor) seytana!
lənət sənə!
OBASTAN VİKİ
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Lənət mətnləri
Lənət mətnləri və ya qadağan siyahıları ironun düşmənlərini, əksər hallarda Misir dövlətinin düşmənlərini və ya narahat törədən xarici qonşuları sadalayan qədim Misir ieratik mətnlər. Bu mətnlər ən çox hədəfə alınmış əcnəbilərin heykəlciklərinə, kasalara və ya sonradan məhv edilmiş gil və ya daş bloklarına yazılmışdır. Adların qırılması və basdırılması mərasimi mətnlərdə adları çəkilən şəxslərə və ya qurumlara təsir edəcək bir növ simpatik sehr kimi nəzərdə tutulmuşdu. Parçalar adətən qəbirlərin və ya ritual yerlərin yaxınlığında yerləşdirilirdi. Bu təcrübə Misirin Asiya qonşuları ilə münaqişə zamanı ən çox yayılmışdır. Lənət ritualı düşmənlərin qarşısını almaq və ya onları məhv etmək prosesi idi. Adətən kiçik heykəlcik, lakin bəzi hallarda insan qurbanı kimi ritual obyekt(lər) bağlanar, sonra parçalanar, tapdalanar, bıçaqlanar, kəsilər, nizələnər, üzərinə tüpürülər, qutuya bağlanar, yandırılar, sidiklənər və nəhayət basdırılardı. Buna baxmayaraq, hər bir lənət əvvəlki komponentlərin hamısını əhatə etmirdi. Tam bir ayin bu hərəkətlərdən hər hansı birini dəfələrlə istifadə edə bilər. Yazılan ayinlərdən birində "ona dörd dəfə tüpürmək ...
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır. Sağ qalan onun atasıdır, yoxsa əmisi – bilinmir?
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq — coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7–8 ay qışlaqda qorunub saxlanır, otarılır. Qışlaqların təxminən 6 min illik yaşı var.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor qanun
Kor qanun — hind filmi. Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Sənə, bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə inanıram
Sənə qurban
"Sənə qurban" — Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnı. Mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən, müxtəlif dillərdə ifa edilmişdir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində, o cümlədən Suriyanın Hələb şəhərində və Türkiyənin bir neçə şəhərlərində verilmiş konsertlər zamanı ifa edilmişdir. Mahnı Türkiyədə "Mavi muncuq" (türk. Mavi bocuk) adı ilə məşhurdur və Mikayıl Müşfiqin yox, Ülkü Aker adlı şairin yazdığı sözlərlə ifa edilir. İlk dəfə 1974-cü ildə "Mavi muncuq" adlı türk filmində Emel Sayın tərəfindən ifa edilib. 2015-ci ildə "Eti" şirkətinin istehsalı olan uşaq şirniyyatının reklamında "Sənə Qurban" mahnısının musiqisindən istifadə edilmişdir. 2017-ci ildə referendum qabağı təbliğat kompasiyası çərçivəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yayımladığı təbliğat videosunda "Sənə Qurban" mahnısından istifadə olunmuşdur. 1972-ci ildə çəkilmiş "Sah Al-Num" adlı televiziya tamaşasında "Sənə Qurban" mahnısı ərəb dilidə əsas qəhrəmanın dilindən səsləndirilir. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı etirazçılar mahnının sözlərini dəyişərək ərəb dilində ölkə rəhbərliyini istefaya çağıran sözlərlə ifa etmişlər.
İçimizdəki şeytan
Şeytan (Tolstoy)
Şeytan (rus. Дьявол) — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır. Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir. İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi… Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib. "Şeytan (povestlər)" ( (az.)).
Şeytan Bibliyası
Şeytan İncili (İngiliscə: The Satanic Bible), Anton Szandor Lavey tərəfindən yazılan, La-Veya satanizmi fəlsəfəsinin kitabı. Kitabın içində 4 bölmə var. Bunlar; Satan, Lusifer, Belial və Leviathana ithaf edilib. Eyni zamanda bunlar, 4 şeytan sırası ilə; Cənub-Od, Şərq-Hava, Şimal-Torpaq və Qərb-Su kimi elemenlər ilə ifadə edilib. Bu kitabda, satanizmin və satanistlərin həyat qanunları 12 maddə ilə sıralanıb; Sizdən soruşulmadığı müddətcə fikirlərinizi heç kimlə bölüşməyin. Daxilinizdəki dərdləri, mütləq şəkildə eşitmək istəyənlərdən savayı heç kimə deməyin. Başqa bir insanın evində qonaqsınızsa ev sahibinə qarşı hörmətli olun. Əks təqdirdə heç oraya getməyin. Sizin evinizdə olan qonaq sizi incidər, sizə qarşı kobud hərəkət edərsə, sizdə ona qarşı eyni cür edin. Əks cins açıqca dəvət eməsə, onunla cinsi əlaqədə olmayın, ona təcavüz etməyin.
Şeytan bazar
Nizami küçəsi və ya Şeytan bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Meydandan başlayan və Rasta bazar küçəsinin davamı olan tarixi küçədir. Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə olmuşdur. Şuşanın əsas ticarət küçəsi olan Rasta bazar küçəsi Meydanda Hacı Əmiraslanın karvansarası ilə kəsişərək cənuba doğru Şeytan bazar adı ilə davam edir. Bu küçədə Molla Pənah Vaqifin dövrümüzə çatmamış malikanəsi olmuşdur. Şeytan bazar küçəsi Rasta bazar küçəsi uzunluğunun (təxminən 300 m) 1/3 qədər uzunluğa malik olmaqla, müstəqil küçədən çox, küçə hissəsi təsiri bağışlayır. Şeytan bazar küçəsinin salınması zamanı kifayət qədər sakit relyefdə horizontal qatdan istifadə edilmişdir. Küçə bir qədər şimal-cənub maililiyinə malikdir, cənub qurtaracağında bu xüsusiyyət daha çox hiss olunur. Rasta və Aşağı bazar küçələri kimi, Şeytan bazar küçəsində də inşaat işləri sərt qırmızı xətt üzrə aparılmışdır. Küçənin qərb tərəfi cənub qurtaracağı istisna olmaqla eyni formalı plana malik olan kvadrat şəkilli karvansara ilə tutulmuşdur. Karvansaraylar bir-birindən kiçik küçə ilə ayrılır.
Şeytan buynuzu
Şeytan buynuzları (ing: Devil horns) - Heavy Metal musiqisini dinləyənlərin istifadə etdiyi işarədir. Şəhadət barmağı və kiçik barmaq açıq, orta, üzük və baş barmaq bağlı olmalıdır ki, bu işarə tutulsun. İnternetdəki işarəsi \m/ olaraq göstərilir. Ronnie James Dio, bu işarəni metal mühitə gətirmişdir və onu “Şərin gözü” adlandırmışdır. Onun mənası Roma sivilizasiyasına söykənir. Dio nənəsinin bu işarəni tapması üçün ona əsl ilham mənbəyi olduğunu bildirmişdir. İtalyan mənşəli olan ailəsi inanclarına çox bağlı idi və nənəsinin küçədə gedərkən bu nişanı insanlara göstərdiyini görür. Onlar bunu pisliklərdən qorunma və şeytanı qovmaq niyyəti ilə edirlər. Dio, sənədli bir filmdə (Metal: A Headbanger's Journey) “Bunu mənim tapdığımı söyləmək olmaz, amma onu mən təkmilləşdirib ona məna verdim” demişdir.
Şeytan kilsəsi
Şeytan kilsəsi — 1969-cu ildə Anton Szandor Lavey tərəfindən yazılmış Şeytan Bibliyasında (The Satanic Bible) ifadə olunan satanizmi həyata keçirən dini bir təşkilatdır. Laveyin ölümündən sonra Peter Howard Gilmore "baş keşiş" olaraq Şeytan kilsəsinin rəhbəri olmuşdur. Şeytan kilsəsi tanrıya və ya şeytana dua etmir. La-Veya satanizmi hər kəsin özünün özünə tanrı olduğuna inanır. İnsan ehtiraslarının və təbiətinin basdırılmasına inanmır. Baş keşiş Peter Gilmore, David Shankboneyə verdiyi müsahibədə "Mənim özümün həqiqi inancıma görə, fövqəltəbii güclərə inanan hər kəs dəli olmuşdur. İblisə və ya Tanrıya inanmalarından asılı olmayaraq, insanların hamısının müəyyən hadisələrdən geriyə çəkilmə səbəbləri vardır" demişdir. Gilmorun tərifinə görə şeytan "hərəkət üsuludur". Şeytan ivritcə "düşmən" və ya "əleyhinə çıxan", "sual verən biri" deməkdir. Gilmore deyir: "Satanizm ateizmdən başlayır.
Şeytan planeti
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Şeytan qalası
Şeytan qalası (gürc. ქაჯისციხე) — Ərdəhan ilinə bağlı Çildır ilçəsinin İldırımtəpə kəndində yerləşən qədim qaladır. Tarixi Eruşeti bölgəsindəki bu qala gürcücə qaynaqlarda "Kacistsihe" olaraq keçir və Osmanlı dövlətinin bölgəni ələ keçirməsindən sonra qalanın adının gürcücədən tərcümə edidliyi düşünülür. Məşhur gürcü şairi Şota Rustavelinin XII əsrdə qələmə aldığı Pələng dərisi geymiş pəhləvan əsərində sözügedən "Kacta Tsihe"nin Əlamut qalası deyil, Şeytan qalası olduğuna dair fikirlər vardır. Şeytan qalası əvvəlki adı Rabat olan İldırımtəpə kəndinin mərkəzinin 1.3 km şimalında, bir dərənin sağ sahilində qayalıq təpədə yerləşir. Üç tərəfi uçurum olan bu təpəyə sadəcə bir tərəfdən çatmaq mümkündür. Qalaya bu mövqeyinə görə çatmanın və ələ keçirilməsinin çətin olmasına görə Şeytan qalası deyildiyi düşünülür. Ancaq qalanın ələ keçirilməsinin çətin olmasına görə qaladakıların məğlubedilməzliyinin pis ruhlarla, şeytanla bağlı olduğu kimi xalq arasında əfsanə də mövcuddur. Dəniz səviyyəsindən 1910 metrə yüksəklikdəki qala hal-hazırda sağlam vəziyyətdədir. Simmetrik olmayan plana sahib olan qalanın ebatları 161 × 93 metrdir və qalanın üç bürcü vardır.
Şeytan körpüsü
Şeytan körpüsü — əsasən Avropada tapılan onlarla qədim körpü üçün tətbiq edilən bir termindir. Bu körpülərin əksəriyyəti daş və ya hörgü tağlı körpülərdir və qədim memarlıqda mühüm texnoloji nailiyyəti təmsil edir. Qeyri-adi dizaynlarına görə onlar antik dövrdə və orta əsrlər Avropasında heyranlıq və hekayələr obyekti idilər . Şeytan körpülərinin hər birində adətən onun mənşəyi ilə bağlı İblislə əlaqəli bir mif və ya xalq nağılı var.Bu hekayələr bölgədən və inanclardan asılı olaraq geniş şəkildə dəyişir. Bəziləri körpünün qurucusu kimi İblisə sahibdirlər, belə bir körpünün dayanıqlı və ya mövcud olmasının qeyri-mümkün olması və ya qeyri-mümkün olması ilə əlaqədar o qədər ki, onu yalnız İblis özü tikə bilərdi.Digərləri isə İblislə yerli əhali arasında adətən öz canları müqabilində sövdələşmənin, paktın və ya sövdələşmənin bir hissəsi kimi İblis tərəfindən bəşəriyyətə verilmiş bu cür körpüləri tikmək biliyinə malikdirlər . İblis Körpüsü kateqoriyasına daxil olan körpülər o qədər çoxdur ki, onlarla bağlı əfsanələr Aarne-Tompson nağılları üçün təsnifat sistemində xüsusi bir kateqoriya təşkil edir. Bəzi əfsanələrdə əlaqəli xalq nağılları kateqoriyalarının elementləri var, məsələn, Şeytanı Aldatma, Şeytanın Müqaviləsi və Usta İnşaatçı əfsanələri. Nağılın bir versiyasında körpü qurucusu və İblis düşmən kimi təqdim olunur. Bu onu əks etdirir ki, tez-tez, məsələn, Sent-Gotthard aşırımındakı Teufelsbrücke kimi, bu körpülər elə çətin şəraitdə tikilirdi ki, körpünün uğurla başa çatdırılması inşaatçıların və ictimaiyyətin qəhrəmancasına səy göstərməsini tələb edirdi. Əfsanənin digər versiyalarında İblislə müqavilə bağlayan yaşlı bir qadın və ya sadə bir çoban var.
Şeytan (dəqiqləşdirmə)
Şeytan – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır.